Şamaxıda iki avtomobil toqquşub, vəkil hadisə yerində ölüb

Şamaxı rayonunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın məlumatına görə, hadisə bu gün Şamaxı-Göylər yolunda qeydə alınıb. Şirvan şəhər sakini Rafiq Səmədovun yüksək sürətlə idarə etdiyi 90-KL-362 dövlət nömrə nişanlı “Azsamand” markalı minik maşını qarşı tərəfdən gələn “KaMAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü Rafiq Səmədov dünyasını dəyişib. Qəza zamanı yük maşınında olan sərnişin, 55 yaşlı Rahil Yusifov isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, “Azsamand”ın sürücüsü Rafiq Səmədov Salyan rayon Hüqüq Məsləhətxanasının vəkili olub.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri