Azərbaycan Prezidenti İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
- 25.11.2013, 00:59,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də konqresmenlər - Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi.
Konqresmenlər ölkəmizdə gedən sürətli inkişaf proseslərindən məmnunluqlarını ifadə etdilər.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.