DİN: Zaqatalada insanları güllələyənin şəxsiyyəti müəyyənləşib

DİN: Zaqatalada insanları güllələyənin şəxsiyyəti müəyyənləşib Noyabrın 24-də saat 16:00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobil istiqamətində avtomat silahdan atəş açıb.

Trend DİN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə zamanı V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, sürücü özü isə xəsarət alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri