Ağstafada qəza: avtomobil yol kənarında söhbət edən şəxsləri vurdu
- 25.11.2013, 17:27,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza törədən avtomabillərdən biri qəzadan sonra yol kənarinda söhbət edən iki piyadani da vurub. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün 14 radələrində Bakı-Qazax avtomobil yolunun 450-cı kilometrliyində rayonun aşağı Göycəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini 1986-cı il təvəllüdlü Qarayev Ziya Qurban oğlunun idarə etdiyi Opel markalı avtomobil əks istiqamətlə hərəkətdə olan Həsənsu kənd sakini 1987 ci il təvəllüdlü Yolçuyev Kamal Xalid oğlunun idarə etdiyi Mercedes markali minik avtomobili ilə toqquşub.
Qəza zamanı ağır xəsarətlər alan olmasa da idarəetməni itirən Opelin sürücüsü yol kənarında yanacaq doldurma məntəqəsindən çıxan iki piyadanı vurub.
Opeli idarə edən sürücü Ziya Qarayev hadisənin baş verməsini belə izah edib:
"Mən öz yolumla hərəkət edirdim qəfil KamAZ maşınının arxasindan ötmə əməliyyati həyata kecirmək istəyən Mercedes mənim yoluma cıxdı. Məni vurdu mən də yoldan çıxıb yol kənarında dayanan adamları vurdum".
Hadisə şahidlərinin bildirdiyinə görə piyadaları maşın vurduqdan sonra 100 metrə qədər əkin sahəsinə tərəf aparib .
Hadisə yerində işləyən BDYP xidmətinin əməkdaşları hadsənin araşdırıldığını bildirdilər.
"Opel ilə Mercedes toqquşub hələlik bir məlumat verə bilməsəkdə yol kənarında piyada da var ki onu da vurub. Məhkəmə tibbi ekspertizasinin cavabından sonra hər şey bəlli olacaq", - deyə baş inspektor Eyvaz Həsənov bildirib.
Xəsarət alanların hər ikisi mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Həkimlər xəstələrdən biri 52 yaşlı Alı Paşayevin vəziyyətinin ağır olduğunu hələlik reanimasiyada olduğunu bildirdilər .
Digər xəsarət alan piyada 34 yaşlı Ədalət Rzayevin vəziyyətinin isə qənaət bəxş olduğunun bildirdilər.