Qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayanların sayı açıqlanıb

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günə qədər qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrin, bu qəsəbələrdə yaşayan ailələrin sayını açıqlayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondu və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb.

Bu qəsəbələrə 40 min ailə və ya 180 min nəfərədək qaçqın və məcburi köçkün köçürülüb. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi. 2 olimpiya idman kompleksi tikilib. Qəsəbələrə 648 km yol, 815 km su, 1412 km elektrik, 333 km qaz xətti çəkilib, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri