Rusiya Mi-35M tipli helikopterlərin önəmli qismini qrafikə uyğun olaraq Azərbaycana çatdırıb

Rusiya Azərbaycanın sifariş verdiyi Mi-35M tipli helikopterlərin önəmli qisminin qrafikə uyğun olaraq çatdırılmasını təmin edib.

Bu barədə APA-ya ötən həftə Dubay şəhərində keçirilmiş “Dubai Airshow-2013” aviaşousunda iştirak edən «Rosoboroneksport» şirkətindən məlumat verilib.

Hazırda digər helikopterlərin istehsalı və testləri keçirilir. Yaxın vaxtlarda sifariş üzrə Mi-35M helikopterlərinin növbəti partiyası Azərbaycana yola salınacaq.

«Azərbaycan regionda bizim ən böyük müştərilərimizdən, eyni zamanda Rusiya aviasiya texnikalarının ən böyük istifadəçilərindəndir», - deyə şirkətdən bildirilib.

Rusiya paralel olaraq Azərbaycana Mi-17V1 tipli helikopterlərin də ixracatını davam etdirir.

Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Rusiyaya 24 ədəd Mi-35M tipli döyüş və 60 ədəd Mi-17 hərbi nəqliyyat helikopteri sifariş verib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri