ABŞ-ın ATƏT-dəki səfiri: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunmalıdır
- 26.11.2013, 16:50,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağlıq Qarabağ münaqişəsi hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunmalıdır. Trend-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer deyib.
D.Baer bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin son iki ildə ilk dəfə Vyanada keçirilmiş görüşü vacib addımdır: "Biz şadıq ki, bu görüşdən sonra xarici işlər nazirlərinin görüşü üçün şans olacaq".
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı görüşü barədə danışan ABŞ rəsmisi qeyd edib ki, nazirlərin danışıqlarının məzmunu barədə əvvəlcədən bir söz demək istəmir: "Lakin biz Minsk qrupunu dəstəkləməyə davam edəcəyik. ABŞ Minsk qrupunun həmsədrlərindən biridir və səfir Ceyms Uorlik öz həmkarları ilə yorulmadan çalışır".
D.Baer deyib ki, ABŞ tərəflərin uzunmüddətli sülh axtarışına kömək edən həmsədrləri dəstəkləməyə davam edəcək.