Bakı Olimpiya Stadionunu elektrik enerjisi ilə təchiz edəcək yarımstansiya inşa olunur
- 26.11.2013, 19:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində inşa olunan 65 min nəfərlik olimpiya stadionunu elektrik enerjisi ilə təmin etmək üçün «Böyük şor» yarımstansiyasının tikintisinə başlanılıb.
«Azərenerji» ASC-dən APA-nın verilən məlumata görə, 2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Böyük şor qəsəbəsinin ərazisində 65 min nəfər tutumu olan stadion tikilir.
Məlumatda deyilir ki, həmin idman infrastrukturunun keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması və bütünlükdə enerji sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaxınlıqda «Böyük şor» yarımstansiyası inşa olunur. Burada hər birinin gücü 250 MVA olan 3 avtotransformator quraşdırılıb. Artıq 220 və 110 kV-luq paylayıcı quruluşlarda quraşdırma işləri aparılır.