Zaqatalada dörd nəfəri güllələyən şəxs həbs edilib
- 27.11.2013, 01:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatalada dörd nəfəri güllələyən şəxs həbs edilib.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan güllə atəşinə tutan Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov Samir Rəşid oğlu tutulub. S. Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb.
Polisdən həmçinin bildirilib ki, S. Osmanov hadisə zamanı yaralanıbmış. S. Osmanovun öz əlindəki silahdan açılan güllələrdən biri elə onun öz əlinə dəyib. S. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün o xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, hadisənin daha bir iştirakçısı, Balakən rayon sakini Vüqar Lahıcov bu gün səhər saxlanılıb. Məlum silahlı insidentdə əlaqəsi olan daha bir neçə nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.
V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.