Kiyevdə "Eurovision-2013" uşaq mahnı müsabiqəsinın açılışı olub
- 27.11.2013, 11:09,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 25-də Kiyevdə "Eurovision 2013" beynəlxalq uşaq mahnı müsabiqəsinın açılış mərasimi keçirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) Trend-ə verilən məlumata görə, açılış mərasimində baş tutan püşkatmada Azərbaycan təmsilçisi Rüstəm Kərimovun 2-ci çıxış edəcəyi müəyyənləşib.
Bu il müsabiqədə 12 ölkənin ifaçıları iştirak edir. "Eurovision 2013"-də Avropa Yayım Birliyinin üzv ölkələrinin 10-15 yaşlı uşaqları məharətlərini nümayiş etdirəcəklər.
UAGB müsabiqənin favoritlərindən sayılan R.Kərimovu diqqət mərkəzində saxlayır.
10 yaşlı təmsilçimiz müsabiqədə "Me and my guitar" mahnısını səsləndirəcək. Mahnının sözləri Murad Arifə, musiqisi isə Dmitri Saratskiyə məxsusdur.