Bidzina İvanişvili: Gürcüstan və Azərbaycanı qədim tarixə malik mədəni əlaqələr birləşdirir

Bidzina İvanişvili: Gürcüstan və Azərbaycanı qədim tarixə malik mədəni əlaqələr birləşdirir Tbilisinin qədim hissəsində Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin ev-muzeyinin yenidənqurmadan sonra açılışı olub. Trend-in məlumatına görə, açılış mərasimində Gürcüstanın Baş naziri Bidzina İvanişvili, mədəniyyət naziri Quram Odişariya, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər vəzifəli şəxslər iştirak ediblər.

Ev-muzey ARDNŞ-nin yardımı ilə yenidən qurulub.

İvanişvili bəyan edib ki, Gürcüstan və Azərbaycanı qədim tarixə malik böyük mədəni əlaqələr birləşdirir.

"Mirzə Fətəli Axundzadə dünya şöhrətli pyeslərini Tbilisidə yazırdı və dərhal bu pyesləri səhnələşdirirdilər. Həmin vaxt Tbilisi Qafqazın mərkəzi idi və burada azərbaycanlı qardaşlarımızın fəal iştirak etdiyi çoşqun mədəni həyat yaşanırdı", - o qeyd edib.

Mədəniyyət naziri Odişariya deyib ki, Axundzadə Tbilisiyə 21 yaşında gəlib və bütün şüurlu həyatını ölməz əsərlər yaradaraq burada keçirib.

Ev-muzeyi ziyarət etməzdən əvvəl hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri Tbilisi Nəbatat bağında Mirzə Fətəli Axundzadənin məzarını ziyarət yad ediblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri