Zaqatalada silahlı insidentin yeni təfərrüatları məlum olub

Zaqatalada silahlı insidentin yeni təfərrüatları məlum olub İş araşdırılmaq üçün respublikanın Baş prokurorluğuna verilib.

Zaqatalada silahlı insidentin yeni təfərrüatları məlum olub.

İlk olaraq cinayətin törədilməsində iştirak etmiş “VAZ-2107”nin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb.

Cinayət törədilən vaxt Lahıcovun maşınında daha iki nəfər, o cümlədən də Samir Osmanov olub.

Öldürülənlərə gəldikdə isə, məlumdur ki, Xusanov Binəqədi rayonunda yaşayırmış və paytaxda kafelərdən birinin sahibi imiş. O, dostları Cəfərov və Rəcəbovu Zaqatala rayonuna gətirib. Üçlük Balakənə gedirmişlər.

Məlumdur ki, öz ətrafında “Saşa” kimi tanınan Osmanov Balakən rayonunda, polisdən gizləndiyi qohumunun evində saxlanılıb. Saşa polislərə müqavimət göstərməyib, çünki ağır yaralı olub. Lakin Osmanov xəstəxanaya getməyib, o, tutulmaqdan ehtiyat edib. Kriminalistlər Osmanovun bədənində ürəyinin altından bir güllə yarası və bir bıçaq yarası aşkarlayıblar.

Məlum olub ki, saxlanılan şəxs rəqiblərinin olduğu xarici maşını güllələyərkən yaralanıb. Atəş açdıqdan sonra Osmanov avtomatı oturacağa qoyub, silahdan atəş açılıb və güllə onun öd kisəsinə dəyib.

Bıçaq yarasına gəldikdə isə, Samir Osmanov qətldən əvvəl, Balakəndə alıb. Orada onunla Hyundai-in üç sərnişini arasında davaya çevrilmiş münaqişə baş verib. Dava zamanı Osmanov bıçaqlanıb. Bundan sonra Cəfərov, Xusanov və Rəcəbov avtomobilə əyləşərək, hadisə yerindən qaçıb gizlənməyə çalışıblar. O, həmin şəxsləri Zaqatalanın rayon mərkəzinə çatmamış yaxalayıb və burada “07”də əyləşmiş Osmanov rəqiblərini avtomatdan güllələyib.

Yaralı Osmanov xəstəxanaya yerləşdirilib. Hazırda istintaq cinayətin motivlərini müəyyənləşdirir.

İşin mühümlüyü ilə əlaqədar o, araşdırılmaq üçün respublikanın Baş prokurorluğuna verilib.

Qeyd edək ki, son məlumatlara görə, Zaqataladakı atışma ilə əlaqədar daha iki nəfər saxlanılıb.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin daha iki iştirakçısı, Balakən rayon sakinləri Sabir Osmanov və Pərviz Əliyev tutulublar. Saxlanılan Sabir Osmanov dörd nəfəri güllələyən Samir Osmanovun qardaşıdır.

Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və narkotik götürülüb. İlkin məlumata görə, hadisə iştirakçıları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər olub və silahlı insident də həmin şəxslərdən ibarət iki qrup arasında baş verib.



Oxu.Az, Vesti.az
Şərhlər
Hadisə bölməsinin xəbərləri