Türkiyə mediasının Mübariz Mənsimovla geniş müsahibəsi
- 27.11.2013, 17:47,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə mediası “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla bağlı geniş müsahibə hazırlayıb.
Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Milliyet” verdiyi məlumata görə, azərbaycanlı iş adamı bildirib ki, Qaradəniz neftinin 65 faizinə nəzarət edir.
Mənsimov həmçinin inşa ediləcək turizm kompleksləri barədə danışıb:
“Yenə Yalınkavakda lüks bir otel tikəcəyik. Dəyəri 500 milyonu keçər. İçərisində otel, villalar, golf sahəsi olacaq. 2014-də başlayacağıq, bir ildə bitirməyi düşünürük”.
Mənsimov Türkiyənin Ermənistanla sərhədi açması ilə bağlı üç il əvvəl yaşanan gərginliyə fikrini bildirib. Eyni zamanda bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfəri, baş nazir Ərdoğanla görüşündən danışıb:
“Prezident Abdulla Gülün İlham Əliyevin şərəfinə verdiyi yeməkdə mən də vardım. Azəri türkü olaraq çox xoşbəxtəm. Bu gün artıq bu iki millətin sadəcə şüarlarda deyil, həqiqətən də bir millət olduğunu görürük. Sözün düzü Ermənistanla sərhədin asanlıqla açılacağını düşünmürəm. O sərhədi türk xalqı bağladı.
Baş nazir Ərdoğan da Qarabağ problemi həll olunmadıqca o sərhəd açılmayacaq deyib. Təbii ki, Qarabağ problemi həll olarsa, açılsın, niyə də yox. Bir şeyi bilirəm ki, heç bir davadan kimsə xeyri görməz. Azərbaycan torpaqları geri qaytarılarsa, hər şeydən əvvəl ermənilər üçün yaxşı olacaq. Kasıb vəziyyətdə yaşayan bir Ermənistan daha xoşbəxt bir həyat yaşayar.
Bilirsiniz ki, Əliyevin politikası çox dəqiqdir. İstəyir ki, Türkiyədən iş adamları Azərbaycana gedib orada sərmayə qoysunlar. Eyni şəkildə azərbaycanlı iş adamları da gəlib Türkiyədə iş görsün”.