Çempionlar Liqası: V turun ilk oyun gününün nəticələri

Hollandiyanın “Ayaks”-ı “Barselona”-nın üzərində qələbə çaldı.

Noyabrın 26-da Çempionlar Liqasının qrup mərhələsində beşinci turun oyunları oynanılıb.

Ilk oyan günü E, F, G və H qruplarının komandaları görüşüb.

Oyunların nəticələrini təqdim edirik.

Qeyd edək ki, ÇL-də V turun oyunlarına bu gün keçiriləcək 8 qarşılaşma ilə yekunlaşacaq.

E qrupu

“Bazel” (İsveçrə) - “Çelsi” (İngiltərə) - 1:0
QOL: Salah, 87

“Styaua” (Rumıniya) - “Şalke” (Almaniya) - 0:0

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Napoli” (İtaliya) - 3:1
QOL: Reus, 10 (pen), Blaşikovski, 60, Aubameyaq, 78 - İnsiqne, 71

“Arsenal” (İngiltərə) - “Marsel” (Fransa) - 2:0
QOL: Vilşere, 1, 65

G qrupu

“Zenit” (Rusiya) – “Atletiko” (İspaniya) - 1:1
QOL: Alderveyreld, 74 (avtoqol) - Adrian, 53

“Porto” (Portuqaliya) – “Austriya” (Avstriya) - 1:1
QOL: Martines, 48 - Kyenast, 11

H qrupu

“Ayaks” (Hollandiya) - “Barselona” (İspaniya) - 2:1
QOL: Serero, 19, Hoesen, 41 - Hernandes, 49 (pen)
Qırmızı vərəqə: Veltman, 48 (“Ayaks”)

“Seltik” (Şotlandiya) - “Milan” (İtaliya) - 0:3
QOL: Kaka, 13, Zapata, 49, Balotelli, 60


Bu gün daha 8oyun baş tutacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri