Bakı şəhərindəki Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 10 milyon manat ayrılıb
- 28.11.2013, 01:11,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılıb.