Azərbaycan və İspaniya arasında birbaşa hava xəttinin açılması müzakirə olunub

Azərbaycan və İspaniya arasında birbaşa hava xəttinin açılması müzakirə olunub Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın sabiq xarici işlər naziri Migel Anxel Moratinos və İspaniyanın Cenevrə və Moskvadakı sabiq səfiri olmuş Xuan Antonio Marçı qəbul edib.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İspaniya nümayəndələri Azərbaycanda gördükləri sürətli və dinamik inkişafın onlarda müsbət təəssüratlar doğurduğunu qeyd ediblər.

Görüş əsnasında Azərbaycan ilə İspaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi, enerji, turizm, sənaye, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq, ticarət əlaqələrinin təşviq edilməsi və birbaşa hava xəttinin açılması məsələləri müzakirə edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri