Keçmiş müdafiə nazirinə qarşı cinayət işi qaldırılıb

Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukova qarşı “səhlənkarlıq” maddəsi ilə cinayət işi qaldırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sabiq nazir dövlətə 56 milyon rubl ziyan vurulması ittihamı ilə əlaqədar istintaqa çağırılıb.

İstintaqın məlumatlarına əsasən A. Serdyukov nazir olarkən nazirliyin büdcəsi hesabına Həştərxan vilayətinin Krasa kəndindən “Jitnoye” qeyri-kommersiya müəssisəsinin yerləşdiyi Şkolnıy adasına avtomobil yolunun çəkilməsi üçün tabeliyindəki şəxslərə şifahi göstəriş verib. Serdyukov qərarını Müdafiə Nazirliyinin ehtiyacları üçün istirahət bazası yaratmaq niyyəti ilə əsaslandırıb. Bundan başqa, Serdyukovun göstərişi ilə “Jitnoye” bazasının ərazisində əsgərlər tərəfindən abadlıq işləri aparılıb. Əsgərlər hərbi xidmət və təlimlə məşğul olmaq əvəzinə, yaşıllaşdırma və yol çəkməklə məşğul olublar. Nəticədə hər hansı hüquqi sənədləşdirmə işləri aparılmadan sadəcə özəl obyektin sahibləri və müştərilərinin faydalandığı yol inşa edilib və dövlətə 56 milyon manatdan çox ziyan vurulub.

“Jitnoye” istirahət bazası Volqa çayının deltasında yerləşir və A. Serdyukovun yeznəsi Valeri Puzikova məxsusdur.
Şərhlər
Dünya bölməsinin xəbərləri