Azərbaycan prezidenti “Şərq tərəfdaşlığı” sammitində iştirak etmək üçün Litvaya səfər edib
- 28.11.2013, 17:00,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də Litva Respublikasına işgüzar səfərə gedib.
APA-nın məlumatına görə, dövlət başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşılayıblar.
Səfərin məqsədi Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” üzrə III Sammitdə iştirak etməkdir.
Sammit çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması nəzərdə tutulur.