Dünyanın tanınmış siyasətçiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvətini müsbət cavablandırıb
- 28.11.2013, 17:10,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin təklifi ilə Mərkəzin beynəlxalq statusunun gücləndirilməsi və ideyalarının daha qlobal miqyasda təbliğ olunması məqsədilə Rumıniyanın sabiq Prezidenti (1996-2000) Emil Konstantinesku, Serbiyanın sabiq Prezidenti (2004-2012) Boris Tadic, Estoniyanın sabiq Prezidenti (2001-2006) Arnold Ruutel, Latviyanın sabiq Prezidenti (2007-2011) Valdis Zatlers Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına dəvət olunub və bu dəvət müsbət cavablandırılıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, əminliklə bildirilir ki, indiki dönəmdə hec zaman olmadığı qədər Nizami Gəncəvinin təbliğ etdiyi ümumbəşəri dəyərlərə ehtiyac vardır və hər birimiz onun yaratdığı əvəzolunmaz xəzinəni qoruyaraq gənc nəsillərin məhz bu zəngin dəyərlərlə yetişməsi üçün təbliğ etməliyik.
Nizami Gəncəvi beynəlxalq Mərkəzinin İdarə Heyyətində Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberga, Finlandiyanın sabiq Prezidenti xanım Tarja Halonen, Qırğızıstanın sabiq Prezidenti xanım Roza Otunbayeva, Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Portuqaliyanın sabiq Prezidenti Jorge Sampaio, İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmail Serageldin, YUNESKO-nun Broadband Komissarı Səfir Valter Füst kimi dünyanın tanınmış siyasətçiləri və ziyalıları fəaliyyət göstərirlər.