Axtarışda olan Gəncə sakini Rusiyada saxlanılıb

2011-ci ildən axtarışda olan Gəncə sakini Moskvada saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Cinayət Axtarış İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının Rusiyada keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2011-ci ilin iyulundan axtarışda olan Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Yaşar Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Yaşar Vəliyev Cinayət Məcəlləsinin 178.2.2 (təkrara dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə axtarışda olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri