UEFA Avropa Liqası: 16 komanda növbəti mərhələdədir
- 29.11.2013, 09:47,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.
Trend-in məlumatına görə, A qrupunda Rusiyanın "Kuban" (Krasnodar) komandası İsveçrənin "Sent Qallen" klubunu qəbul edib. Oyun rusiyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Valensiya" isə İngiltərənin "Suonsu" klubunun qonağı olub. İspaniya təmsilçisi səfərdə minimal hesabla qələbə qazanaraq qrup lideri kimi 1/16 final mərhələsinə vəsiqəni bir tur əvvəlcədən təmin edib.
B qrupunda Bolqarıstanın "Ludoqorets" klubu yenə də sürpriz nəticəyə imza atıb. Hollandiya PSV-nə qalib gələn razqradlılar 13 xalla qrup lideridir.
C qrupunda növbəti mərhələnin iştirakçıları artıq indidən bəllidir - "Zalsburq" və "Esbyerq".
D qrupunun şəriksiz lideri Kazanın "Rubin" klubudur. Tatarıstan təmsilçisi "Maribor"la doğma meydanda bərabərə qalaraq (1:1) xalını 11-ə çatdırıb.
E qrupunda "Fiorentina" və Ukrayna "Dnepr"inin növbəti mərhələdə iştirak edəcəyi şübhəsizdir.
F qrupunda isə Frankfurt "Ayntraxt"ı səfərdə "Bordo" klubuna qalib gələrək 1/16 final mərhələsinə vəsiqəni təmin edib.
G qrupunda Kiyev "Dinamo"su səfərdə Belçikanın "Genk" klubuna 3:1 hesabı ilə məğlub olmaqla vəziyyətini bir qədər çətinləşdirib. Belə ki, Vyana "Rapid"i İsveçrənin "Tun" komandasına qalib gələrək xalını 6-ya çatdırıb və bu göstərici ilə Ukrayna təmsilçisindən cəmi 1 xal geri qalır. Bu qrupda ilk yerdə qərarlaşan "Genk" isə 5 oyundan 11 xalla artıq 1/16 final mərhələsinə vəsiqəni təmin edib.
H qrupunda hər şey sonuncu turda məlum olacaq. Belə ki, "Sevilya" 9 xalla birinci sıradadır, "Frayburq" və "Liberets" isə 6 xalla ikinci və üçüncü yerləri bölüşürlər.
I qrupunda da vəziyyət bir qədər mürəkkəbləşib. Doğma meydanda "Betis"i qəbul edən "Lion" minimal hesabla qələbə qazanaraq 9 xalla birinci yerdədir. İspaniya təmsilçisi 8 xalla ikinci, "Gimarayeş" isə 5 xalla üçüncüdür. Fransa klubu ən pis halda qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib.
J qrupunda isə yalnız qrup liderinin sonda kim olacağı məlum deyil. Türkiyənin "Trabzonspor" klubu öz meydanında Kiprin "Apollon" klubuna 4:2 hesabı ilə qalib gələrək ilk mövqedəki yerini bir qədər də möhkəmləndirib - 5 oyundan 13 xal. İtaliyanın "Latsio" klubu 11 xalla Türkiyə təmsilçisini izləyir.
K qrupunda da növbəti mərhələyə vəsiqə qazanan komandalar məlumdur. "Tottenhem" 15 xalla 1-ci, "Anji" klubu isə 8 xalla 2-ci sıradadır.
Sonuncu - L qrupunda şərikli qrup liderləri var. Belə ki, bu turda qələbə qazanan PAOK və "Alkmaar" xallarının sayını 11-ə yüksəldiblər.
A qrupu
"Kuban" (Krasnodar, Rusiya) - "Sent Qallen" (İsveçrə) - 4:0
"Suonsi" (İngiltərə) - "Valensiya" (İspaniya) - 0:1
B qrupu
"Çernomorets" (Odessa, Ukrayna) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
"Ludoqorets" (Razqrad, Bolqarıstan) - "PSV Eyndhoven" (Niderland) - 2:0
C qrupu
"Elfsborq" (İsveç) - "Zalsburq" (Avstriya) - 0:1
"Esbyerq" (Danimarka) - "Standard" (Lyej, Belçika) - 2:1
D qrupu
"Rubin" (Kazan, Rusiya) - "Maribor" (Sloveniya) - 1:1
"Uiqan" (İngiltərə) - "Zulte Varegem" (Belçika) - 1:2
E qrupu
"Dnepr" (Ukrayna) - "Panduri" (Rumıniya) - 4:1
"Pakoş Ferreyra" (Portuqaliya) - "Fiorentina" (İtaliya) - 0:0
F qrupu
APOEL (Nikosiya, Kipr) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:0
"Bordo" (Fransa) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:1
G qrupu
"Rapid" (Vyana, Avstriya) - "Tun" (İsveçrə) - 2:1
"Genk" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:1
H qrupu
"Sevilya" (İspaniya) - "Eştoril" (Portuqaliya) - 1:1
"Liberets" (Çexiya) - "Frayburq" (Almaniya) - 1:2
I qrupu
"Riyeka" (Xorvatiya) - "Vitoriya de Gimarayeş" (Portuqaliya) - 0:0
"Lion" (Fransa) - "Betis" (İspaniya) - 1:0
J qrupu
"Legiya" (Varşava, Polşa) - "Latsio" (İtaliya) - 0:2
"Trabzonspor" (Türkiyə) - "Apollon" (Limassol, Kipr) - 4:2
K qrupu
"Tromse" (Norveç) - "Tottenhem" (İngiltərə) - 0:2
"Anji" (Mahaçqala, Rusiya) - "Şerif" (Moldova) - 1:1
L qrupu
"AZ Alkmaar" (Niderland) - "Makkabi" (Hayfa, İsrail) - 2:0
"Şaxtyor" (Karaqandı, Qazaxıstan) - PAOK (Yunanıstan) - 0:2