Azərbaycanda 10 mindən artıq xəstə xroniki böyrək çatışmazlığından əziyyət çəkir
- 29.11.2013, 12:36,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycanda təxminən 10 mindən artıq xəstə xroniki böyrək çatışmazlığından əziyyət çəkir.
APA-nın xəbərinə görə, bunu M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2006-ci ildə Azərbaycanda 431 xəstə dövlət hesabına hemodializ müalicəsi qəbul edirdisə, indi bu rəqəm 2300-dən çoxdur. Onların hamısının tam dövlət hesabına hemodializlə təmin olunduğunu deyən F.Babayevin sözlərinə görə, xəstələrin birinin müalicəsi üçün bir il müddətində 15000 manat məbləğində vəsait tələb olunur.
O qeyd edib ki, ölkədə xroniki böyrək çatışmazlığından əziyyət çəkən ən kiçik yaşlı xəstənin 6, ən yaşlı xəstənin isə 83 yaşı var: “Son 6-7 il ərzində Bakıda və regionlarda 27 hemodializ mərkəzi istifadəyə verilib, Sumqayıt və Yevlax şəhərlərində yeni hemodializ mərkəzləri açılıb. Bu isə hər mərkəzdə 150-dən artıq xəstənin dövlət hesabına müalicə alması deməkdir”.
F.Babayev qeyd edib ki, bu gün Mərkəzi Neftçilər Xəstəxanası və Respublika Klinik Uroloji Xəstəxanasında böyrək köçrümə əməliyyatları aparılır. Donor probleminin yenə də qaldığını deyən şöbə müdirinin sözlərinə görə, buna baxmayraq, son 3 ildə Azərbaycanda 120-dən çox böyrək köçürülüb.