İlham Əliyev Vilnüsdə Fransa Prezidenti Fransua Ollandla görüşüb

İlham Əliyev Vilnüsdə Fransa Prezidenti Fransua Ollandla görüşüb Noyabrın 29-da Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq bildirildi. Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olundu.

İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri