Yevlaxda yük maşını iki azyaşlının üzərindən keçib
- 30.11.2013, 00:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Trend "EL TV"yə istinadən məlumat verir ki, Yevlax şəhərində məişət tullatılarını daşıyan yük maşını iki azyaşlı uşağın üzərindən keçib.
Onlardan biri hadisə yerində dünyasını dəyişib, digərinin ayağı sınıb.
Şahidlərin sözlərinə görə, 2001-ci il təvəllüdlü Vüsalə Saleh qızı Kərimova və 2008-ci il təvəllüdlü Könül Anar qızı Kərimova maşının altında oynayırlarmış. Bu zaman azyaşlıların orada olmasından xəbərsiz sürücü maşını hərəkətə gətirib.
Yevlax Şəhər Polis Şöbəsinin Yol Polis Bölməsinin İstintaq idarəsində faktla bağlı araşdırma aparılır.
Yaralı Könül Kərimova Yevlax Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.