Bakının bəzi yollarında avtomobillərin hərəkəti bir həftə ərzində məhdudlaşdırılacaq
- 30.11.2013, 19:09,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, UNESCO-ya üzv olan 180 ölkədən olan nümayəndə heyətinin üzvləri artıq Bakıya gəlməyə başlayıb.
Tədbirə gələn qonaqların yerləşdirilməsi və tədbirin təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 1-dən 8-dək paytaxtın Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ərazilərində yerləşən hotellər istiqamətində, eləcə də Heydər Əliyev, Gülüstan Sarayları, İçərişəhər, İncəsənət və Xalça muzeyləri, Heydər Əliyev Mərkəzi və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” qoruğu istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.
V. Əsədov bir həftə ərzində paytaxt sakinlərindən ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.