Azərbaycanda xəstəxanada köməksiz qalmış vətəndaşlar xilas ediliblər

Bu gün saat 11.00 radələrində Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) ikinci mərtəbəsindəki otaqlardan birində giriş qapısı qəfildən kilidlənib.

APA-nın cənub bürosunun məlumatına görə, nəticədə 20-dək xəstə otaqda köməksiz vəziyyətdə qalıb.

Kömək üçün dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib və FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cənub Regional Mərkəzin xilasediciləri təhlükəsizlik qaydalarına riayət edilməklə xüsusi alət və avadanlıqlar vasitəsilə otağın qapısını bayır tərəfdən açaraq vətəndaşları xilas ediblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri