Şəmkirdə ər arvadını bıçaqlayıb

Şəmkirdə ailə münaqişəsi zəmində bıçaqlanma hadisəsi baş verib.

Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə rayonun Seyfəli kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Fərhad Əliyev ailə münaqişəsi zəmində, həyat yoldaşı 1979-cu il təvəllüdlü Aynurə Əliyevanı bıçaqlayıb. A. Əliyeva ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Məlumata görə, ailənin iki azyaşlı uşağı var.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri