Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat daxil olub

Gəncə Şəhər Baş Polis İdarəsinə Gəncə Beynəlxalq Hava limanında bomba qoyulması barədə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosunun müxbirinə verilən məlumata görə, Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat saat 20 radələrində daxil olub. Xəbərə görə, aeroportda partlayıcının olması barədə polisə zəng edib məlumat verən şəxs öz şəxsiyyətini də açıqlayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Hazırda nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aeroportun ərazisində müvafiq təhlükəsizlik tədbirləri görür və əraziyə baxış keçirirlər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri