Azərbaycan-İran sərhədində atışma olub, bir hərbçi həlak olub, ikisi yaralanıb

Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir hərbçi həlak olub, ikisi isə yaralanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, hadisə dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.

Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri