Mustafa Dənizli rəsmən "Xəzər Lənkəran"ın baş məşqçisidir

Mustafa Dənizli rəsmən "Xəzər Lənkəran"ın baş məşqçisidir "Xəzər Lənkəran" futbol klubunun boş qalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib.


Trend klubun saytına istinadən məlumat verir ki, "Xəzər Lənkəran" klubu Türkiyə futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə 1 il yarım müddətinə müqaviləyə imza atıb.


Dünən Lənkəranda "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovla görüşərək bir sıra detalları müzakirə edən M.Dənizli bu gün atdığı imza ilə klubun rəsmən yeni baş məşqçisi olub.
Şərhlər
İdman bölməsinin xəbərləri