Gəncədə ölümlə nəticələnən qəza baş verib

Gəncədə ölümlə nəticələnən qəza baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, dünən gecə saat 23:00 radələrində Gəncə şəhərinin Şah İsmayıl Xətai prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində piyada vurulub.

Şəhər sakini Solmaz Nəbiyeva naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib.
Gəncə şəhər Baş Polis İdarəsinindən verilən ilkin məlumata görə, qəza "Mercedes" markalı avtomobilin sürücüsü tərəfindən törədilib, ancaq hələki bu məlumat dəqiq deyil.

Mərhumun şəxsiyyəti hadisə yerinə gələn yaxınları tərəfindən təyin edilib. Sürücünün kimliyi haqqında isə dəqiq məlumat əldə olunmayıb.

Hadisənin təfərrüatları yaxınlıqda yerləşən mağazaların təhlükəsizlik kameraları tərəfindən yazılan videogörüntünün çıxarışından sonra məlum olacaq.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri