Neft Daşlarında fəhlə dənizə düşərək boğulub
- 02.12.2013, 20:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Neft Daşlarında faciəli hadisə baş verib.
Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neft Daşlarının “Günəşli” yatağında qeydə alınıb. ARDNŞ-in “Neftqaztikinti” Trestində quraşdırıcı işləyən, 1980-ci il təvəllüdlü İqor Xvatov iş görən zaman dənizə düşüb. Nəticədə o boğularaq ölüb.
Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
ARDNŞ-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dekabrın 2-də “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin “Günəşli” yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb.
Mərhumun meyiti dənizdən çıxarılaraq sahilə yola salınıb.
Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.