"Yenə səni sevərəm" mahısı ilə tanınan müğənni Ümman müəyyən fasilədən sonra yeni klipini təqdim edib. Sözləri Sahibə Rəşid, musiqisi Valeh Əhmədə aid "Etiraf" adlanan lirik mahnını Rəhman Əliyev ekranlaşdırıb. Müğənni yeni işini də professional komanda ilə birgə ərsəyə gətirib. Mahnının aranjimanı Yaşar Baxışa aiddir. Klipin operatoru Delee, montajı Saidə aiddir.
Sənətindəki fasiləyə artıq son verib iddialı şəkildə karyerasını davam etdirməyə qərarlı olan Ümman xanım yeni mahnılar üzərində çalışır. Əsasən rok janrında ifa edən müğənni qarşıdan gələn 2014-cü ilin əvvəlində "Ovutma məni" adlı mahnısıni dinləyicilərə təqdim edəcək. Sözügedən mahnının müəllifləri yenə də Sahibə Rəşid və Valeh Əhməddir.