Bakıda sərnişin avtobusu növbəti dəfə qəza törədib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində Yesenin küçəsində qeydə alınıb.
1987-ci Elşən Teymur oğlu Əmirovun idarə etdiyi 90 VS 138 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu idarəetməni itirərək yol kənarında olan mağazaya çırpılıb.
Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.