Ziya Məmmədov: Dağlıq Qarabağ münaqişəsi bütün regionda layihələrin reallaşdırılmasına mane olur
- 05.12.2013, 17:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün regionda layihələrin həyat keçirilməsinə mane olur və regionun təhlükəsizliyinə mənfi təsir edir.
Trend-in məlumatına görə, bunu cümə axşamı nəqliyyat naziri Ziya Məmmədov İstanbulda III Xəzər Forumu çərçivəsində panel müzakirələrdə deyib.
Nazirin sözlərinə görə, münaqişələrin sülh yolu ilə həll edilməsi dünyada biznes mühitinin yaxşılaşmasında, ticarətin artmasında və risklərin azaldılmasında vacib rol oynayır.
Z.Məmmədov Azərbaycan ərazilərinin işğaldan azad olunmasına dair BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.