Sergey Lavrov: Rusiya ATƏT MQ həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək edəcək

Sergey Lavrov: Rusiya ATƏT MQ həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək edəcək Rusiya ATƏT MQ-nin digər həmsədrləri ilə birlikdə üç həmsədr ölkənin prezidentlərinin təklif etdikləri prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına köməyi davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov cümə axşamı Kiyevdə ATƏT-in Nazirlər Şurasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya bundan əvvəl ATƏT çərçivəsində münaqişələrin prevensiyası üzrə mexanizmin yaradılmasına dair təklif edilmiş təşəbbüsü mühüm hesab edir.

Qeyd edək ki, bu gün Kiyevdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası başlayıb.

Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən ATƏT-də sədrlik İsveçrəyə keçəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri