Bakı-Tbilisi-Qars üzrə ilk pilot qatar gələn ilin sonunda işə salınacaq
- 05.12.2013, 17:38,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Tbilisi-Qars (BTQ) marşrutu üzrə dəmiryol əlaqəsinin açılması çərçivəsində ilk pilot qatar 2014-cü ilin sonunda işə salınacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı nəqliyyat naziri Ziya Məmmədov İstanbulda III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın məntiqi yekunu olan layihənin həyata keçirilməsi dinamik olaraq davam edir: "Marmaray" layihəsinə start verildikdən sonra BTQ-nin işə salınması Avropa və Asiya arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını təmin edəcək".
Z.Məmmədov eyni zamanda, qeyd edib ki, Azərbaycanda Ələtdə yeni beynəlxalq dəniz ticarət limanının tikintisi aparılır: "Limanın ərazisində iri logistik mərkəzin yaradılması planlaşdırılır".
Nazir bildirib ki, I mərhələnin yekunlaşdırılmasından sonra daşıma imkanları ildə 10 milyon ton yük və 50 min ton iri həcmli konteyner təşkil edəcək: "Sonrakı mərhələlərdə imkanlar 25 milyon ton quru yükə və 1 milyon ton konteynerə çatacaq".