Samuxda gecə klubunda kütləvi dava baş verib, 3 nəfər bıçaqlanıb

Samuxda gecə klubunda kütləvi dava baş verib, 3 nəfər bıçaqlanıb Samuxda baş verən kütləvi davada 3 nəfər bıçaqlanıb.

Samux rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Azər Əsgərovun APA-ya verdiyi məlumata görə, ötən gecə rayonun Nəbiağalı qəsəbəsinin yaxınlığında gecə klubu kimi tanınan çay evinin qarşısında kütləvi dava olub.

Təxminən 5 nəfər naməlum şəxs mübahisə etdikləri Goranboy rayon sakinləri - 1989-cu il təvəllüdlü Sahil Abbasov, 1990-cı il təvəllüdlü Məhərrəm Musayev və 1988-ci il təvəllüdlü Elvin Muradovu bıçaqlayıblar. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin orta ağır olduğu bildirilir.

A.Əsgərovun dediyinə görə, hazırda cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri