Bakıda evə baş verən yanğında bir ailənin dörd üzvü xəsarət alıb

Bakıda yaşayış evində baş verən yanğında bir ailənin dörd üzvü xəsarət alıb.

Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, dekabrın 6-da saat 06 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbə sakini Firudin Şəkərəliyevə məxsus 1 otaqlı evdə yanğın baş verib. Nəticədə yanar konstuksiyalar yanıb, orada kirayədə yaşayan Gəncə şəhər sakini Tural Behbudov, arvadı Telnaz, oğlu Vüqar və qızı Gülər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri