Bakıda şirkətdən hədə-qorxu yolu ilə külli miqdarda pul oğurlanıb
- 07.12.2013, 13:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda “Avesta” Konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparılıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, dekabrın 6-da Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə gediblər.
Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.