Azərbaycan vətəndaşları Türkiyədə ən çox daşınmaz əmlak alanlar siyahısında 5-ci yerdədir
- 07.12.2013, 16:46,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin 10 ayında 98 ölkədən olan 15086 nəfər Türkiyədə 21691 daşınmaz əmlak alıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Çevrə və Şəhərlər Nazirliyi məlumat yayıb.
Xarici vətəndaşlar tərəfindən alınmış daşınmaz əmlakın 9888-i torpaq, 11803-ü isə tikinti-yaşayış obyektidir.
Türkiyədə mülk alanların ilk üçlüyündə Rusiya (3322 obyekt), Almaniya (2637 obyekt) və İngiltərə (2455 obyekt) vətəndaşları qərarlaşıblar.
Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alanlar siyahısında 5-ci yeri tutublar. Cari ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədə 911 daşınmaz əmlak obyekti satın alıblar.