Mərkəzi Afrika Respublikasında baş verən qarşıdurmalarda ölənlərin sayı 400-ə çatıb
- 08.12.2013, 13:35,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Afrika Respublikasının paytaxtı Bamqi şəhərində davam edən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 394-ə çatıb.
APA-nın “Röters”ə istinadən verdiyi xəbərə görə, bu məlumat Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsdiqlənib.
Bundan əvvəl qarşıdurmalarda 300 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, ötən gün Fransa prezidenti Fransua Olland Mərkəzi Afrika Respublikasında fransalı hərbçilərinin sayının 1600-ə çatdırılacağını bəyan etmişdi.