Bakıda atası tərəfindən zorlandığını deyən qızdan yeni xəbər
- 08.12.2013, 15:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabr ayında Bakının Suraxanı rayonunda 21 yaşlı qızın atası tərəfindən zorlanması iddiası mediada və cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Hövsan qəsəbə sakini 21 yaşlı A.S-nın atası 53 yaşlı M.S-nın onu zorla cinsi əlaqəyə cəlb etməsi iddiası təsdiqini tapmayıb.
Gənc qızın təqdim etdiyi video-kadrlar, həmçinin onun psixoloji durumu araşdırılıb. Ekspertlər təqdim edilmiş materiallara rəy verib. 21 yaşlı A.S-nın psixi vəziyyəti onun gizli çəkdiyi video və qeyd etdiyi iddialar əsasında cinayət işinin başlanmasına əsas verməyib. Bu səbəbdən də 53 yaşlı kişinin öz qızını zorlaması iddiası ilə bağlı cinayət işinin başlanmasına qərar verilməyib.
Qeyd edək ki, A.S ərizəsində 53 yaşlı atasının dəfələrlə onunla zorla cinsi əlaqədə olmasını qeyd edib. Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də, o riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib. Bundan sonra 21 yaşlı qız video-kadrları anasına və bacısına göstərib. Ailə başçısı baş verənlərin təsiri altında evdən gedib və geri qayıtmayıb. Gənc qız video-kadrların olduğu diski hüquq mühafizə orqanlarına təqdim edib.
ANS, lent.az