Azərbaycan paytaxtında avtobuslarda kart ödəniş sisteminin tətbiqinə başlanılıb

Azərbaycan paytaxtında avtobuslarda kart ödəniş sisteminin tətbiqinə başlanılıb Azərbaycan paytaxtında sərnişin avtobuslarında gediş haqqının kartla ödəniş sisteminin tətbiqinə başlanılıb.

APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, artıq Bakı şəhərində 20-yə qədər marşrut avtobusunda kartla nağdsız ödəniş sistemi tətbiq olunub. Ayın sonuna kimi bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərə tutulub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri