FK "Qarabağ" turu lider kimi başa vurdu
- 09.12.2013, 09:29,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Premyer Liqada 16-cı turun oyunların baş tutub.
Live.az-in məlumatına görə, turun açılış matçı Qəbələdə keçirilib.
Burada yerli komanda "Simurq"u sınağa çəkib və 2:1 hesabı ilə qalib gəlib.
Turun digər oyununda AZAL öz meydanında "Rəvan"la münasibətlərinə aydınlıq gətirib. Şahin Diniyevin komandası 90 dəqiqə 1:0 hesabı ilə öndə olsa da, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov 90 və 90+3-cü dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb - 2:1.
Paytaxtın digər təmsilçisi "Bakı" klubu bu tur Sumqayıta səfər edib. Görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün maraq doğuran oyunlarından biri "Şəfa" stadionunda keçirilib.
Burada "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.
Tofiq Bəhramov adına respublika stadionunda keçirilən "Qarabağ" və "Neftçi" komandaları arasında "Qarabağ" görüşdə qələbə qazanaraq komanda turu lider kimi başa vurdu.
Azərbaycan çempionatının derbisi hesab olunan "Qarabağ" - "Neftçi" matçı 3:1 hesabı ilə bitib.