Hacıbala Abutalıbovun işdən getməsi ilə bağlı rəsmi açıqlama
- 09.12.2013, 15:28,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu postdan azad edilməyib.
Live.az xəbər verir ki, bu barədə Lent.az-a BŞİH-in mətbuat xidmətinin əməkdaşı Nailə Əliyeva məlumat verib.
O deyib ki, Hacıbala Abutalıbovun vəzifədən azad olunduğu ilə bağlı xəbərlər yalandır və o, hazırda işinin başındadır.
N.Əliyevanın sözlərinə görə, yayılan bu xəbərlər də, bu günə qədər bu qəbildən olan məlumatlar da eyni motivlidir və heç bir əsası yoxdur.
Qeyd edək ki, ötən həftənin sonunda mətbuata yayılan məlumatlarda bildirilirdi ki, BŞİH rəhbəri işdən azad edilib. Məlumatda o da bildirilirdi ki, H.Abutalıbovun yerinə təyin olunan məmur da artıq bəllidir. Bu şəxsin Abşeron rayonunun İcra Hakimiyyəti başçısı Zakir Fərəcov olduğu yazılırdı.