Qərib Məmmədov: Azərbaycan torpağın qiymətləndirilməsi sahəsində Avropa standartlarının tətbiqinə köklənib

Qərib Məmmədov: Azərbaycan torpağın qiymətləndirilməsi sahəsində Avropa standartlarının tətbiqinə köklənib Azərbaycan torpağın qiymətləndirilməsi sahəsində Avropa standartlarının tətbiqinə köklənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Bakıda "Torpağın qiymətləndirilməsinin dövlət üçün əhəmiyyəti, problemlərin həlli" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Konfrans komitəyə dövlət torpaqları haqqında məlumatların, onların keyfiyyətinin təyin edilməsinin və iqtisadi qiymətləndirilməsinin Avropa standartlarına uyğunlaşdırılması yolu ilə müasir qeydiyyat sisteminin yaradılması sahəsində dəstək göstərilməsi məqsədilə tvininq-layihə çərçivəsində keçirilir.
Q.Məmmədovun sözlərinə görə, konfransın keçirilməsinin məqsədləri torpaqların qiymətləndirilməsi sahəsində metodologiyanın təkmilləşdirilməsi üçün ən yaxşı dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.

Dövlət komitəsi rəhbərinin sözlərinə görə, tvininq layihə özündə üç komponenti birləşdirir ki, onlardan birincisi müvafiq strukturların gücləndirilməsini, ikincisi torpaqların qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsini və onun dövlət torpaq kadastrına inteqrasiyasını, üçüncüsü şəhərin (kəndin) torpaq kadastrının məlumat sisteminin inkişafını nəzərdə tutur. Bu komponentlərin əksəriyyəti üzrə işlər artıq yerinə yetirilib.
18 ay ərzində reallaşdırılmalı olan tvininq-layihə 2012-ci ilin oktyabrından start götürüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri