Murad Dadaşov reytinqli layihəsi ilə ekranlara qayıdır.
Live.Az xəbər verir ki, uzun illər ərzində bir neçə sürəti ilə Lider TV-də yayımlanmış “Maşın” realiti-şousu bu mövsum ATV-nin efirdə yayımlanacaq.
Tanınmış şoumen və prodüser Murad Dadaşovun komandasının ərsəyə gətirəcəyi layihə dekabrın 14-dən etibarən hər axşam canlı yayımla nümayiş olunacaq. Yerli şou-biznesdə kifayət qədər tanınan populyar simaların mübarizə aparacaqları şou 2 həftə davam edəcək. Şounun final günü ayın 30-a planlaşdırılır.
Uduşa qoyulan avtomobilin markası gələn həftə tamaşaçılara məlum olacaq.