Lənkəranda zəlzələ olub
- 11.12.2013, 09:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Lənkəran rayonunda dekabrın 10-da zəlzələ olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ saat 22.40-da Lənkərandan 12 km şimal-qərbdə qeydə alınıb.
Məlumata görə, 43 km dərinlikdə qeydə alınmış zəlzələ 3 bal gücündə olub.
Tikililərdə dağıntı yoxdur.