Ərdoğan: Kütləvi etirazlar Türkiyə iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub

İlin ortalarında baş vermiş kütləvi etirazlar nəticəsində Türkiyə iqtisadiyyatına dəymiş ziyan 18 milyard lirə həcmində qiymətləndirilir. Trend-in çərşənbə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyənin müxtəlif şəhərlərində keçirilmiş kütləvi etirazlar ölkə iqtisadiyyatına güclü təsir edib.

Qeyd edək ki, bu il may ayının sonunda Türkiyədə 3 həftə ərzində etiraz aksiyaları keçirilib. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, aksiyalar hökumət əleyhinə olub.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, 3 həftə ərzində Türkiyənin 79 vilayətində keçirilən aksiyalarda 2,5 milyon nəfər iştirak edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri